İRAQ BAŞ NAZİRİ RUSİYDAN KÖMƏK İSTƏDİ
20.01.2015 850 0.0 0

İraq Baş naziri İbadi, "Rusiyadan İŞİD terror təşkilatıyla savaşımızda köməkçi olmasını istəyirik. Terrorun təsiri yalnız İraqı deyil, bütün bölgə və dünyanı  əhatə etməyə başlayıb" deyə açıqlama verib.
 

Qazeta.info AA-ya istinadən bildirir ki, İraq Baş nazirlik iqamətgahından edilən açıqlamaya görə, İraq Baş naziri Heydər əl-İbadi, Rusiya Dövlət Başçısı Vladimir Putinin, Yaxın Şərq və Afrika Bölgəsi xüsusi nümayəndəsi və xarici işlər naziri müavini Mixail Bagdanovu, Bağdaddakı Baş nazirlik sarayında qəbul edib.

Ibadi ilə Bagdanov, görüşdə  İraq və bölgədəki siyasi proseslərin iki ölkəni maraqlandıran təhlükəsizlik, enerji, neft, silahlandırma və iqtisadi əlaqələrini müzakirə edib.

Görüşdə, Baş nazir İbadinin, hökumətin ortaq maraqları və İraqın suverenliyi əsasına bağlı xarici ölkələrə istiqamətli açılım siyasətindən bəhs etdiyi ifadə edildi. Ibadi, Rusiyanın İŞİD terror təşkilatıyla savaşında köməkçi olmasını istəyərək, "Terrorun təsiri yalnız İraqı deyil, bütün bölgə və dünyanı əhatə etməyə başlayıb" deyə bildirib.

Bagdanov isə Rusiyanın, İraq ilə ikitərəfli əlaqələri inkişaf etdirmək istədiyini ifadə edərək, İbadi hökumətinin ölkədəki siyasi tərəflər arasında təmin edilən razılıq mövzusunda atdığı müsbət addımlar dəstəklədiklərini söylədi. Bagdanov son dövrdə ortaya qoyulan işləri də məmnuniyyətlə qarşıladıqlarını bildirib.

Bagdanov, Bağdad səfəri çərçivəsində xarici işlər naziri İbrahim əl-Cəfəri ilə də görüşüb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar