İranlı nazirdən Azərbaycan iş adamlarına dəvət
16.09.2015 526 0.0 0

Sentyabrın 16-da iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran İslam Respublikasının sənaye, mədən və ticarət nazirinin müavini, Mədənlərin inkişaf etdirilməsi və mədən sənayesinin yenidənqurulması üzrə təşkilatın (İMİDRO) sədri Mehdi Kerbasiyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qazeta.info İ
qtisadiyyat və Sənaye nazirliyinə istinadla bildirir ki,  görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın inkişafında Azərbaycan və İran dövlət başçılarının böyük rolunu qeyd etmiş, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əlaqələrin genişlənməsində xüsusi əhəmiyyətini vurğulamışdır. Ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənayenin maşınqayırma, polad istehsalı, mədən sənayesi, əczaçılıq sahələrində əlaqələrin daha da inkişafı üçün geniş potensial var. Mədən sənayesi sahəsində İranın böyük təcrübəyə malik olduğunu qeyd edən Şahin Mustafayev "Azərbaycan Polad İstehsalı" Kompleksi ilə İMİDRO arasında əməkdaşlıq imkanlarını, eləcə də Azərbaycan şirkətlərinin İrana investisiya qoyuluşunda maraqlı olduğunu diqqətə çatdırmışdır.
İran İslam Respublikasının sənaye, mədən və ticarət nazirinin müavini, Mədənlərin inkişaf etdirilməsi və mədən sənayesinin yenidənqurulması üzrə təşkilatın sədri Mehdi Kerbasiyan ölkələrimiz arasında sənaye sahəsində əlaqələrin genişləndirilməsi və İMİDRO-nun fəaliyyəti barədə məlumat vermişdir. Cənab Kerbasiyan mədən, polad istehsalı, əlvan metallurgiya sahələrində, eləcə də İranda fəaliyyət göstərən azad iqtisadi zonalarla əməkdaşlıq imkanlarını qeyd etmiş, Azərbaycan iş adamlarını bu sahələrə investisiya qoymağa dəvət etmişdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar