İranla Ermənistan viza rejimini ləğv etdi
02.06.2016 544 0.0 0


Ermənistan hökumətinin bu gün keçirilən iclasında İrəvanla Tehran arasında ölkəyə giriş vizalarının ləğv edilməsi haqqında saziş təsdiqlənib. Ermənistan mətbuatına istinadən verilən məlumata görə, bu məsələ son günlər gündəmdə idi. Bundan əvvəl Ermənistan Nazirlər Kabinetinin rəsmi saytında hökumətin növbəti toplantısında vizaların ləğv edilməsi haqqında sazişin müzakirə ediləcəyi haqda məlumat dərc edilmişdi.


Sənədə əsasən, Ermənistan və İran İslam Respublikasının vətəndaşları viza almadan bir ölkədən digərinə səfər edə və 90 gündən 180 günədək  ölkə ərazisində qala biləcəklər.

Məlumatda qeyd olunur ki, razılaşma həm də iki ölkə arasında gələcəkdə iqtisadi, ticarət və digər əlaqələrin güclənməsi və tənzimlənməsinə xidmət edəcək.

Bu gün Ermənistan və İran xüsusilə enerji sahəsində ciddi əməkdaşlıq edir. Bu əməkdaşlıq nəqliyyat, ekologiya, səhiyyə, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət sahəsində də aparılır. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar