İranın kosmik mərkəzində raket partlayıb - FOTO
30.08.2019 493 0.0 0

İranda kosmik mərkəzin buraxılış meydançasında raket partlayıb.

Bildirək ki, bu barədə "Associated Press" məlumat yayıb.

Peyk görüntülərinə görə, partlayış Semnan əyalətində yerləşən kosmodromun buraxılış meydançasında baş verib. Fotoşəkillərdə raket qalıqlarını, həmçinin qara tüstüləri görmək mümkündür.

Qeyd olunub ki, İran “Nahid 1” peykinin fəzaya buraxılışı üçün hazırlıqlar görürdü. Hadisənin "Nahid 1" peyki ilə əlaqəli olub-olmadığı barədə məlumat yoxdur. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar