İranın hərbi gəmiləri Bakıya gəlir
17.10.2016 490 0.0 0

İranın Xəzər donanmasının iki hərbi gəmisi Bakıya gələcək. 

İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, "Dəməvənd" esminesi və "Coşan" raket gəmisi Bakıya oktyabrın 18-də çatacaq.

Tanışlıq xarakterini daşıyan səfər zamanı gəmilərin heyəti Azərbaycan paytaxtı ilə tanış olacaqlar və bir sıra görüşlər keçirəcəklər. GörüşlərdəXəzər dənizində təhlükəsizlik məsələləri müzakirə olunacaq. Ümumilikdə Bakıya bu gəmilərin 200 nəfərlik heyəti gələcək.

Gəmilər Bakıda 3 gün müddətində qalacaqlar./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar