İranın Çin sahillərində üzən neft tankerində partlayış olub
11.01.2018 674 0.0 0

İrana məxsus neft tankeri Çin sahillərində yük gəmisi ilə toqquşub. Nəticədə gəmidə yanğınla nəticələnən partlayış baş verib.

Qazeta.info “Report”-a istinadla  xəbər verir ki, bu barədə Çinin Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilir ki, partlayış yanvarın 10-da Panama bayrağı altında üzən və İran şirkətinə məxsus olan SANCHI tankerində baş verib. Hadisə yerində yanğının söndülüməsi işləri müvəqqəti olaraq dayandırılıb. Axtarış-xilasetmə gəmiləri təhlükəsiz məsafəyə çəkilib. Alovun söndürülməsi işləri gözlənilən nəticəni verməyib. Xilasedicilər tankerin itkin düşmüş heyət üzvlərinin axtarışlarını davam etdirir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar