İranın ali dini lideri: `ABŞ xalqımızın əsas düşmənidir`
02.11.2017 750 0.0 0

İranın ali dini lideri Əli Xameneyi ABŞ-ı İran xalqının əsas düşməni adlandırıb.

 

İranın ali dini liderinin saytına istinadən verilən məlumata görə, bunu Xamenei tələbələr qarşısında çıxışı zamanı deyib.

 

“ABŞ-dakı şəxslər qarşısında geri çəkilmə onlara güc verəcək və onları utanmaz edəcək. Ona görə də yeganə yol müqavimətdir”, - deyə o bildirib.

 

Əli Xameneyi əlavə edib ki, İslam inqilabından sonra ABŞ Tehrana qarşı düşmən mövqeyində dayanıb və hazırda nüvə razılaşmasına xələl gətirmək istəyir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar