İrandan «Təhlükəsiz ərazi» təklifinə əks münasibət
15.08.2015 620 0.0 0

İran Suriya torpaqlarında təhlükəsiz zona yaradılmasına qarşı olduğunu bildirib.

Xarici işlər nazirinin müavini Əmir Abdullahiyan məsələ ilə bağlı verdiyi açıqlamada: "Bu tip lazımsız hərəkətlərlə bölgənin daha problemli vəziyyətə gətirilməsinə ehtiyac yoxdur" deyə bildirib.

Qazeta.info Türkiyə mətbuatına istinadla bildirir ki, İran olaraq Türkiyənin təhlükəsizliyini əhəmiyyət verdiklərini bildirən Abdullahiyan: "Suriya və ona qonşu ölkələrin təhlükəsizliyi, ancaq bəzi qüvvələrin terrorizmi bir alət kimi istifadədən imtina etdiyi təqdirdə zəmanət altına alınmış olacaq" deyə bəyan edib.

Abdullahiyan, "Suriya torpaqlarında təhlükəsiz zona yaradılmasını, bu ölkənin ərazi bütövlüyü və suverenliyinin pozulması kimi görürük. Problemin beynəlxalq hüquq  normalarına uyğun halda həll yolu tapılmalıdır" deyə qeyd edib.

İranlı səlahiyyətli Suriya məsələsində tək həll yolunun "siyasi danışıqlar" olduğu bildirib.

Bildirək ki, Xarici İşlər Nazirliyi müşaviri Feridun Sinirlioğlu, Suriya sərhədində təhlükəsiz zona qurulması mövzusunda ABŞ ilə razılığa gəlindiyini ifadə etmişdi.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar