İrandan neft qiymətinə təsir edəcək bəyanat
30.11.2015 685 0.0 0

“İran OPEK-in dekabrın 4-də təşkil edəcəyi konfransında istehsal kvotasını azaldacağı ilə bağlı yekun qərar verəcəyini gözləmir”.

Məlumata görə, bu barədə İranın neft naziri Bijən Namdar Zəngənə Tehranda keçirilən neft – qaz konfranında deyib. 

Ümumilikdə isə İran üzərindən beynəlxalq sankisiyaların götürülməsi və Rusiya ilə Qərb arasında kəskin münasibətlərin davam etməsi dünya bazarında neftin qiymətini ucuzlaşdırıb. 

 


Bijən Namdar Zəngənə - İranın neft naziri 


Bundan əvvəldə OPEK neft hasilatını azaltmaqla “qara qızıl”ın qiymətini 70 dollara qaldırmağı təklif edib. Amma Azərbaycanda daxil olmaqla bir çox neft ixracatçıları buna etiraz ediblər. Hətta Azərbaycan OPEK-in neft hasilatının azaldılması ilə bağlı tədbirindən imtina etmişdi. 

Dövlətlər neftin ucuz olmasından az gəlir əldə etsələrdə onun hasilatını azaltmaqda maraqlı deyillər. Çünki hasilat azalandan sonra onu yenidən bərpa etmək dövlətlər üçün böyük problemə çevrilir. Elə bunu nəzərə alan Rusiya və Səudiyyə Ərəbistanı kimi neft ixracatçıları da hasilatı azaltmayacaqları barədə məlumat yayıblar.

Rusiya və Səudiyyə Ərəbistanı üçün neftin qiymətinin ucuzlaşması iqtisadiyyatlarına zərbə vursada İran üçün bunun o qədər də fərqi yoxdur. Çünki üzərindən beynəlxalq sanksiyalar ləğv edilən İran hələ ki, anbarlarda uzun illərdir ki, saxladığı nefti ixrac edir. Hətta İranın neft naziri Bijən Namdar Zəngənə bildirib ki, ölkədə neft və qaz sektoruna sərmayə qoymaq istəyən xarici şirkətlər mütləq yerli müəssisələrlə şərik olmalıdır.

Məlumata görə, İran neft və qaz yataqlarını 2016-cı ildən etibarən beynəlxalq şirkətlərə açmaq niyyətindədir. İran sanksiyaların ləğv edilməsindən sonra neft hasilatını gündə daha 500 min barel artırmağı planlaşdırır. İran hazırda sutka ərzində 2,8 milyon barel neft hasil edir. 2020-ci ilə qədər isə qonşu ölkə gündə 4-7 milyon barel neft hasil etmək niyyətindədir. 
İran höküməti ölkə iqtisadiyyatına 30 milyarda yaxın xarici investisiya cəlb etmək üçün beynəlxalq enerji şirkətlərinə böyük güzəştlər etməyi planlaşdırır. 

Nəzərdə tutulan gələcək neft kontraktları xarici investorlar üçün münasib və gəlirli olacaq, xarici enerji şirkətləri hasilatla bağlı daha böyük paya malik olub, uzunmüddətli şəkildə daha çox gəlir götürəcək. 

Yeni kontrakt şərtləri Tehranda keçirilən və dünyanın "BP", "Shell", "Total", "Statoil" və "Sinopec" kimi neft nəhənglərinin təmsilçilərinin də iştirak etdiyi konfransda açıqlanıb. Bütün bunlar isə hələ uzun müddət neftin qiymətinin dünya bazarında yüksəlmə ehtimalını azaldır. "Qara qızıl"ın qiymətinin dünya bazarında enməsi Azərbaycanın da iqtisadi gəlirlərini azaltmağa başlayıb. 

 

Bu gün neftin qiyməti Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında neftin bir barrelinin qiyməti 0,02 dollar bahalaşaraq 41,78 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,16 dollar azalaraq 44,72 dollar olub. “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,05 dollar ucuzlaşaraq 45,84 dollar təşkil edib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar