İrandan Bakıya xoş xəbər
24.04.2015 822 0.0 0

"İran Azərbaycan vətəndaşları ilə bağlı heç bir məhdudiyyət qoymayıb". 

Qazeta.info bildirir ki, Bunu İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Məhəmməd Ayətullahi sərhəd keçid məntəqələrində Azərbaycan Respublikası vətəndaşları üçün məhdudiyyət qoyulması ilə bağlı yayılan xəbərləri ANS PRESS-ə təkzib edərkən bildirib. 

"İran Azərbaycan vətəndaşları ilə bağlı heç bir məhdudiyyət qoymayıb. O, İran İslam Respublikasının Azərbaycan və İran xalqları arasında əlaqələrın güclənməsində maraqlı olduğunu vurğulayaraq, əlavə etmişdir ki, Azərbaycan vətəndaşları viza rejiminin ləğv olunması haqqında qanundan istifadə edərək, istənilən zaman İrana səfər edə bilərlər.
Ayətullahi bildirmişdir ki, İran nəinki Azərbaycan vətəndaşlarının İrana səfərinə məhdudiyyət qoyulmasını istəmir, hətta gediş-gəlişin asanlaşdırılması üçün sərhəd keçid məntəqələrinin iş saatını artırmışdır".

Qeyd edək ki, bəzi KİV-lər məlumat yayıblar ki, İran sərhəd keçid məntəqələri ilə bağlı yeni qayda tətbiq edıb. Bu qaydaya görə, Azərbaycan vətəndaşları İrana ayda iki dəfədən artıq buraxılmayacaqlar.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar