İranda terror aktının qarşısı alınıb
12.03.2018 879 0
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ölkənin cənubundakı Saravan şəhərində terror aktının qarşısını alıb.
Məlumata görə, partlayış İİKK bazasının yaxınlığında törədilməli imiş.
Təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində iki terrorçunun zərərsizləşdirildiyi məlumat verilib. Daha bir terrorçu isə özünü partladıb.
Hadisə nəticəsində İİKK-nin iki əməkdaşı yaralanıb./Trend/
Digər xəbərlər:
Şərhlər




