İranda silahlı toqquşma ölənlər var
14.08.2015 606 0.0 0

PKK-nın İran qolu olan PJAK-la İran təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.

 

“İRNA”ya istinadən verilən xəbərə görə, bu barədə İnqilab Keşikçiləri Korpusunun Kürdüstan Əyalətindəki rəsmisi Altay İbrahim Hüseyn açıqlama verib.

 

Onun sözlərinə görə, toqquşma avqustun 11-i İranın Kürdüstan Əyalətindəki Kamyaran şəhərində qeydə alınıb.

 

A. İ. Hüseyn bəsiclər və PJAK silahlıları arasında baş verən toqquşmalar nəticəsində 5 bəsic hərbçisinin həlak olduğu bildirilib.

 

PJAK-dan verilən açıqlamada isə 12 bəsic hərbçisinin öldürüldüyü deyilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar