İranda hərbi helikopter qəzaya uğradı
27.02.2015 762 0.0 0
Ötən gün İranda hərbi helikopter qəzaya uğrayıb.

 

“Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb. Məlumata görə, helikopterin göyərtəsində 3 nəfər olub, onların hamısı qəza nəticəsində ölüb.

 

Helikopter paytaxt Tehrandan bir neçə kilometr şimalda yerə çırpılıb.

 

Rəsmi qurumlar qəzanın İranın şimalında tüğyan edən qar boranı səbəbindən baş verdiyini ehtimal edir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar