İran XİN: Dağlıq Qarabağ probleminin tezliklə həllində maraqlıyıq
28.01.2016 472 0.0 0

"Tehran Dağlıq Qarabağ probleminin tezliklə həllində maraqlıdır".
Məlumata görə, bunu "Rossiya Seqodnya" agentliyində keçirdiyi mətbuat konfransında İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahian bildirib. 
 
İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə toxunan diplomat qeyd edib ki, ölkəsi bu münaqişənin tezliklə həllində və regionda sülhün bərqərar olmasında maraqlıdır: "Qonşularımız haqqında mövqeyimizi artıq dilə gətirmişəm. Bir daha qeyd etmək istəyirəm ki, İran regionda sülhün, dostluğun və əmin-amanlığın tərəfdarıdır"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar