İran XİN başçısının Azərbaycana səfər proqramı açıqlanıb
18.12.2017 805 0.0 0

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dekabrın 19-da Azərbaycana gələcək.

Bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

M.C.Zərifin Azərbaycana səfərinin əsas məqsədi dekabrın 20-də Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etməkdir.

İranlı nazirin Bakıda bir sıra ikitərəfli görüşlər keçiriləcəyi, o cümlədən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcəyi gözlənilir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar