İran uranın zənginləşdirilməsi prosesinə başlayıb
07.11.2019 468 0.0 0

İran Fordodakı nüvə müəssisəsində uranın zənginləşdirilməsi prosesinə başlayıb.

Qazeta.info Trend-ə istinadən xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatı bildirib.

Təşkilatın açıqlamasında bildirilir: "Fordoda uranın zənginləşdirilməsi və istehsalı yenidən başlayıb, bütün addımlar Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında aparılır".

Noyabrın 6-da İranın Fordodakı nüvə müəssisəsində sentrifuqaya qaz doldurulmağa başlanılıb, bu isə faktiki olaraq Tehranın nüvə sazişi üzrə öhdəliklərinin azaldılmasının dördüncü mərhələsinin başlanğıcı deməkdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar