İran Türkiyəyə gedən vətəndaşlarına çağırış etdi
08.08.2015 633 0.0 0

İran öz vətəndaşlarını quru yol nəqliyyatı vasitələri ilə Türkiyəyə səfər etməməyə çağırıb.

"Report"un verdiyi xəbərə görə, Türkiyənin şərq vilayətlərində son günlərdə gərginliyin artdığına diqqət yetirən İran XİN-in rəsmiləri ölkə sakinlərinə növbəti xəbərdarlığa qədər Türkiyəyə hava nəqliyyatı ilə səfər etməyi tövsiyə ediblər.

Xatırladaq ki, terrorçu PKK təşkilatına üzv olan yaraqlılar ötən gün Türkiyənin Ağrı vilayətində İrandan gələn sərnişin avtobusunu atəşə tutublar. Nəticədə sərnişinlərdən biri və bir türk hərbçisi həlak olmuşdu./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar