İran TANAP-da pay sahibi olmaq istəyir
04.04.2015 766 0.0 0

İran Transanadolu boru kəməri (TANAP) layihəsində iştirak payı almaqda maraqlıdır.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, SOCAR TANAP-dakı payının bir hissəsinin satışı üzrə təklifə baxmağa hazırdır: "TANAP layihəsi o qədər mənfəətlidir ki, payın verilməsinin digər variantları müzakirə mövzusu ola bilməz. Söhbət yalnız onun satışından gedə bilər. Sərfəli təklif alsaq, bu məsələni müzakirə etməyə hazırıq".

SOCAR prezidenti əlavə edib ki, belə təkliflər artıq var: "İrana qarşı sanksiyaların ləğvi qərarından sonra TANAP-ın aktuallığı daha da artıb. İran qaz hasilatı həcmini artıracaq və bundan başqa, İran qazının dünya bazarlarına çıxması üçün TANAP-dan başqa alternativ yoxdur".

Qeyd edək ki, TANAP layihəsi qazın Azərbaycanın “Şahdəniz” yatağından Gürcüstan-Türkiyə sərhədi ilə Türkiyənin qərb sərhədlərinədək tədarükünü nəzərdə tutur.

Boru kəmərinin ilkin buraxılışının ildə 16 milyard kubmetr təşkil edəcəyi gözlənilir. Təqribən 6 milyard kubmetr Türkiyəyə, qalanı isə Avropaya tədarük ediləcək. Qaz Türkiyəyə 2018-ci ildə çatacaq, Transanadolu qaz kəmərinin tikintisindən sonra qaz təxminən 2020-ci ilin əvvəlində Avropaya tədarük olunacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar