İran raket təlimlərini davam etdirir
04.02.2017 903 0.0 0

İran ordusu keçirdiyi hərbi təlimlərin əsas mərhələsinə başlayıb.

 

TASS-a istinadən veril'n məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun hava hücumundan müdafiə sisteminin hərbi-kosmik qüvvələri təlimlər zamanı raket atəşləri yerinə yetirəcək. 


“Vətən sərhədlərinin müdafiəçiləri” adlı təlimlər Səmnan vilayətində keçirilir. Təlimlər zamanı radar sistemləri və müxtəlif mənzilli raketlər, idarəetmə və nəzarət mərkəzlərinin hərəkətləri sınaqdan keçiriləcək. 35 min kvadrat km sahəni əhatə edən təlimə 5 günlük hazırlıq mərhələsindən sonra start verilib.

 

Qeyd edək ki, İran ordusu yanvarın 29-da Səmnan şəhərinin yaxınlığında orta mənzilli raketin sınağını uğurla həyata keçirib. Bu isə başda ABŞ olmaqla, Qərb ölkələrin narazılığına səbəb olub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar