İran prezidenti ABŞ-a 1988-ci ildə vurulmuş sərnişin təyyarəsini xatırladıb
07.01.2020 311 0.0 0

İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampın islam respublikasının 52 obyektinə zərbə endirəcəyi barədə təhdidinə cavab olaraq Birləşmiş Ştatlara 1988-ci ildə vurulmuş sərnişin təyyarəsini xatırladıb.

Məlumata görə, İranın dövlət başçısı bununla bağlı bəyanatı özünün “Twitter”dəki hesabında paylaşıb.

 

Ruhani qeyd edib ki, onun ölkəsində ABŞ-ın obyektlərinə cəza kimi zərbələr endirmək üçün səbəblər çoxdur. "Kim ki, 52-yə istinad edir, 290 sayın və IR655 reysini xatırlamalıdır. Heç vaxt İran xalqını hədələməyin", - deyə İran lideri sosial şəbəkədə yazıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranın 52 obyektinə hücüm etməyə hazır olduqlarını bildirib. Onun sözlərinə görə, hədəflərdən bəziləri "İran və İran mədəniyyəti üçün əhəmiyyətlidir"./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar