İran OPEC qarşısında götürdüyü öhdəliyə əməl edib
23.08.2017 532 0.0 0

İranın neft nazirinin müavini Əli Kardor ölkənin xam neft hasilatı və ixracının həcmi ilə bağlı son statistik məlumatları açıqlayıb.

 

Neft-qaz İnformasiyası Agentliyinə istinadən verilən məlumata görə, İran OPEC qarşısında götürdüyü öhdəliyi yerinə yetirib.

 

“İran neft hasilatı ilə bağlı Neft İxrac Edən Ölkələr Təşkilatı qarşısında götürdüyü öhdəliyə sadiqdir, - deyə Ə. Kardor bildirib. Onun sözlərinə görə, son statistik məlumatlara əsasən, İranın xam neft istehsalı gündəlik olaraq 3,95 mln. barelə bərabər olub”.

 

O qeyd edib ki, İran hazırda gündəlik olaraq 2,2 mln. barel xam neft ixrac edir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar