İran neft hasilatını 32% artırmaq niyyətindədir
26.05.2017 681 0.0 0

 İran yaxın 5 il ərzində neft hasilatını artıraraq 5 mln. barel/günə çatdırmaq niyyətindədir. "RİA Novosti" agentliyinə istinadən xəbər verilir ki, bu açıqlamanı İranın neft naziri Bican Zəngane verib.

"Reuters" agentliyinə müsahibə verən nazir bildirib ki, hasilatın artması yeni yataqların inkişaf etdirilməsi və cari obyektlərdə texnologiyanın modernizasiyası sayəsində təmin ediləcək. Xatırladaq ki, Zənganenin aprel ayının sonunda verdiyi xəbərə görə, İran hazırda 3,8 mln. barel/gün neft hasil edir. Göründüyü kimi, İran gündəlik neft hasilatını 31,6% artırmaq niyyətindədir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar