İran İsraili hədələdi
22.05.2015 696 0.0 0

İranlı general-mayor Yəhya Rəhim Safavi İsrailin Təl-Əviv və Hayfa şəhərlərinə 80 mindən çox raket buraxmaqla hədələyib.

Məlumata görə, bu barədə "Fars" informasiya agentliyi bildirib.

O, bu il mayın əvvəlində İsrailin müdafiə naziri Moşe Yaalonun Yerusəlimdə çıxış zamanı İranın əleyhinə dediyi "Tehranın mövqeyi beynəlxalq təhlükəsizliyə təhlükədir" sözlərinə cavab olaraq söyləyib ki, İran sionistlərə və ABŞ-a dağıdıcı cavab verəcək qüdrətli dövlətdir. İran xarici müşahidəçilərin bilmədiyi, çox güclü gizli hərbi imkanlara malikdir. 

General "Özünü demokratik sayan ölkələr belə təhlükələrə, təhdidlərə qarşı səmərəli mübarizə aparmağı bacararmı" sualına belə cavab verib: "İsrail özünümüdafiə üçün "müəyyən ölçüləri" qəbul edə bilər."

General ABŞ prezidenti Harri Trumenin Xirosimanın və Naqasakinin bombardman edilməsi və Yaponiya ilə müharibəyə üstünlük verilməsi qərarını da xatırladıb./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar