İran Fars körfəzində xarici gəmini saxlayıb
20.11.2021 292 0.0 0

İran hərbi qüvvələri Fars körfəzində yanacaq qaçaqmalçılığına cəhd edən xarici gəmini saxlayıb.

Bildirək ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Gəmi ölkənin cənubundakı Hörmüzgan vilayətinin sahillərində saxlanılıb. Hərbçilərin 150 min litr yanacağı müsadirə etdiyi, gəminin 11 ekipaj üzvünə qarşı istintaq başladıldığı bildirilir.

Gəminin hansı ölkəyə aid olduğu və saxlanılanların vətəndaşlığı barədə məlumat verilmir./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar