İran da gündəlik neft hasilatını azaltdı
01.12.2016 637 0.0 0

İran gün ərzində neft hasilatını 3,797 milyon barelə qədər azaldacaq.Məlumata görə, bu barədə TASS agentliyi məlumat verib.

Qeyd edək ki, bu gün Venada OPEK-in rəsmi görüşü keçirilir.

Səudiyyə Ərəbistanı da gün ərzində neft hasilatını 10,06 milyon barelə qədər azaltmaq barədə qərar qəbul edib.

Görüşdə OPEK İndoneziyanın təşkilatda üzvlüyünü dayandıraraq onun neft hasilatı üzrə kvotasını kartelin digər üzv ölkələr arasında bölmək barədə qərar qəbul edib.

İndoneziyanın energetika naziri OPEK-də görüşdən öncə bəyan edib ki, ölkəsi neft hasilatının azaldılması ilə bağlı mövqeyini hələ müəyyənləşdirməyib./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar