İran cavab verdi
22.03.2015 633 0.0 0

"Amerika Birləşmiş Ştatlarının İranla nüvə proqramı məsələsində razılığa daha çox ehtiyacı var. Amerika hökuməti ilə Konqres arasında məsələyə dair yaranmış düşmənçilik isə, onların razılığa gəlmək istəmədiklərini göstərmir. Sadəcə, respublikaçılar demokratların siyasi arenada xal qazanmasını istəmirlər". 

Qazeta.info ANS PRESS-in məlumatına əsasən bildirir ki, , İranın ali dini lideri Ayətullah Əli Xamenei Məşhəd şəhərində çıxışı zamanı bu cür açıqlama verib.

Ayətullah Əli Xamenei: “Biz Amerika ilə təkcə nüvə proqramı məsələsinə dair danışıq aparırıq. Onlarla başqa heç bir məsələ müzakirə olunmur. Bunu hər kəs bilməlidir. Biz regional məsələlərdə Amerikanın fikrini soruşmuruq. Amerikanın hədəfləri tamamilə bizim hədəflərimizə qarşı yönəlib. Sanksiyaların aradan qaldırılması danışıqların şərtlərindən biridir, nəticəsi deyil”

Bir qədər əvvəl İran prezidenti Həsən Ruhaninin anasının dünyasının dəyişməsi ilə əlaqədar rəsmi Tehranla 6-lıq ölkələri arasında danışıqlar təxirə salınıb. Danışıqların bu həftə yenidən start götürəcəyi gözlənilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar