İran Azərbaycanda dərman istehsalı müəssisəsi açır
31.10.2016 442 0.0 0

İran Sosial Müdafiə Təşkilatının dərman istehsalı üzrə şirkətinin (TPCO) Azərbaycanda müəssisəsi açılacaq. Bunu İran Sosial Müdafiə Təşkilatının baş direktoru Seyid Tağı Nurbəxş Tehran bürosuna açıqlamasında deyib. 


T. Nurbəxş bildirib ki, İran 20 il öncə Azərbaycanla dərman preparatları istehsalı sahəsində əməkdaşlığa başlayıb: “İran prezidentinin Azərbaycana son səfəri zamanı iki ölkə arasında dərman istehsalı sahəsində əməkdaşlıq sazişi imzalanıb. Bu razılığa əsasən Azərbaycanda dərman istehsalı zavodu tikilir və bu zavod noyabr ayının ortalarında açılacaq”. 
 

T. Nurbəxş əlavə edib ki, zavodda “Darupəxş” (dərman yayımı) şirkəti tərəfindən müxtəlif növ dərmanlar istehsal olunacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar