İran ABŞ-a xalça ixracını bərpa edir
31.01.2016 471 0.0 0

İran 2016-cı ildə ABŞ-a xalça ixracını bərpa edəcək. “Mehr”ə istinadən verdiyi xəbərə görə, bu barədə İranın xalça sənayesi idarəsinin rəhbəri Həmid Kargar bildirib.
 
“Amerikalı sahibkarların İran xalçalarına böyük maraq göstərməsi onların tezliklə ABŞ-a ixrac olunmağa başlayacağını deməyə əsas verir”, deyə Kargar qeyd edib.   
 
Qeyd edək ki, ABŞ, Avropa İttifaqı və BMT tərəfindən rəsmi Tehrana qarşı tətbiq edilən sanksiyalar yanvarın 16-dan,  Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın saziş üzrə bütün tələbləri yerinə yetirməsi barədə hesabatın dərc olunduğu gündən ləğv edilib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar