İrəvanın mərkəzində yeni etiraz dalğası
01.07.2015 588 0.0 0

İrəvanın mərkəzində mitinq edənlər yeni etiraz hərəkatına başlayıblar.

Məlumata görə, “İnterfaks” xəbər verir ki, bu barədə hərəkatın informasiya məsələləri üzrə məsulu Devid Sansaryan bildirib.

“Hələ ki, adımız yoxdur. Lakin bunun formal hissəsi yox tərkibi vacibdir. Hazırki vəziyyət üçün ən əsas amil vətəndaş hərəkatının düzgün formalaşdırılmasıdır”- deyə Sansaryan bildirib.

Sansaryan eləcə də əlavə edib ki, yeni hərəkat artıq yeni komitələrini yaratmağa nail olub və bunun üçün “sonrakı mübarizə üçün əsaslar” yaradılmasında “Talana yox” təşkilatçılarına təşəkkürünü bildirdi. Bundan əlavə o yeni hərəkatın digər tələblər irəli sürəcəyini qeyd edib.

Xatırladaq ki, etiraz dalğası iyunun 19-da İrəvanın mərkəzində başlayıb. Buna səbəb isə elektrik enerjisinin qiymətinin artırılmasına dair qərar olub. Bir neçə gün davam edən mitinq zamanı polislər etirazçılara qarşı təzyiqli su ilə müdaxilə edib və çox sayda aksiya iştrakçısının qolunu qandallayaraq saxlayıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar