İORDANİYA TƏYYARƏLƏRİ QİSAS ALDI
05.02.2015 898 0.0 0

İordaniya təyyarələri vurmağa başladı!
İordaniyalı pilot Muaz əl-Kesasibenin yandırılaraq öldürülməsindən sonra İordaniya döyüş təyyarələri, Suriyada olan İŞİD mövqelərini bombalamağa başlayıb. İordaniyanın hökumətinin verdiyi açıqlamada 55 terrorçunun  öldürüldüyü bildirilir.
İordaniya dövlət televiziyasından verilən açıqlamada , İordaniya təyyarələrinin başda Rakka olmaqla bir çox İŞİD mövqelərinə  hava hücumu təşkil etdiyi bildirilib. 

Xatırladaq ki, İordaniya Kralı Abdullah, IŞİD-in İordaniyalı pilotu öldürməsindən sonra verdiyi açıqlamada , terrorçulara lazımı olan cavabı verəcəklərini bildirmişdi.Kral, məlum hadisədən sonra ordu rəhbərliyi ilə görüşərək,  "Şəhid pilot Muaz əl-Kesasibenin qisası alınacaq. İordaniya İŞİD-in qorxaqcasına törətdiyi bu cinayətə cavabı sərt olacaq" deyə bildirmişdi.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar