İngilis hakim azan səsini eşitdi, futbol oyununu dayandırdı — VİDEO
26.01.2018 1063 0.0 0

Avropanın ən prestijli hakimlərindən olan ingilis əsilli Mark Klattenburq Səudiyyə Ərəbistanında maraqlı bir jestə imza atıb.

Qazeta.info Ölkə.az-a istinadla xəbər verir ki, hakim Mark oyun vaxtı azan oxunanda yarışı dayandırıb.

Hadisə "Al Feiha" və "Al Fateh" komandalarının oyunu zamanı baş verib. Səudiyyə Ərəbistanı Kral Kuboku oyununu idarə edən Klattenburq azan oxunan kimi yarışı dayandırıb.

Azan başa çatdıqdan sonra oyun yenidən başlayıb. Hakimin bu hərəkəti Səudiyyə Ərəbistanında böyük rəğbətlə qarşılanıb.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar