Tarix: 03.12.2016,   Saat: 06:24, Şənbə.          

İmişlidə ərzaq mağazası yanan sahibkara 400 manat ziyan dəyib

İmişlidə ərzaq mağazası yanıb.

 

Qazeta.info APA-nın  məlumatına əsasən bildirir ki, yanğın hadisəsi səhər saat 5.50 radələrində İmişli şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən mağazada baş verib.

 

Rayon sakini, Nəsirov Vilayət Əlibaba oğluna məxsus ümumi sahəsi 300 m² olan mağazanın yanar konstruksiyaları 255 m² sahədə və içərisində olan ərzaq malları ilə birgə yanıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin İmişli Yanğından Mühafizə xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın saat 06:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin versiyaya görə yanğına elektrik naqillərində yaranan qısa qapanma səbəb olub.

 

Mağaza sahibinə 400 min manat dəyərində ziyan dəyib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 



  Bölmə: Ölkə | Baxış sayı: 387 | Tarix: 06.11.2016, 21:23


Xəbərlər