
Ans tv-də ATV-nin aparıcısı Mətanət Əliverdiyeva ilə bağlı efirə gedən tənqidi material qarşı tərəfin heç də xoşuna gəlməyib.
ATV-nin əməkdaşları İlkin Həsənlin jurnalist Ləman Ələşrəfqızının hazırladığı sujetə sosial şəbəkələrdə kəskin reaksiya verib. Qazetaşinfo əmin yazını diqqətinizə təqdim edir
"14 ildir TV-də işləyirəm. Bu 14 ildə çox şey gördüm, amma bir telekanalın digərinə qarşı etdiyi belə bir şərəfsizliyini görmədim! Bəs hanı sizin jurnalist həmrəyliyiniz, hanı dəqiqliyiniz, qərəzsizliyiniz? Başa düşürəm. TV adlandırdığınız o konslagerinizdə bəzi işçilərinizin qədrini bilmədiniz. Onlar ATV-yə gəldi, hörmət, azadlıq və yüksək maaş gördü. Amma belə etməli deyildiniz! Bu gün siz, rəsmən ATV kanalına efir müharibəsi elan etdiniz! OK, olsun!