İlk dərs günü qəzaya qurban getdi - Foto
16.09.2017 653 0.0 0

Dünən Ucar rayonunda baş verən dəhşətli qəzada həyatını itirən iki azyaşlının fotosu yayılıb.

Qazeta.info Axar.az istinadla xəbər verir ki, sentyabrın 15-də saat 17 radələrində Ucar rayonunun Müsüslü kəndində dəhşətli yol-nəqliyyat hadisəsi vaş verib. Bakı şəhər sakini Elmin Hüseynovun idarə etdiyi “Toyota” markalı avtomobili yolayırıcısına çırpılıb.

Nəticədə avtomobildə olan sərnişinlərdən 6 yaşlı Ucal Elmin oğlu Hüseynov və 4 yaşlı Firdovsi Elmin oğlu Hüseynov hadisə yerində ölüblər. Digər 2 sərnişin isə xəstəxanaya yerləşdirilib. Məlumata görə, 6 yaşlı Ucal dünən ilk dəfə məktəbə gedibmiş.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar