İlk dəfə insan beyni internetə qoşuldu - Sensasiya
16.09.2017 733 5.0 0

“Brainternet” layihəsi birbaşa yayım rejimində elektroensefaloqramın köməyi ilə insanın beyin fəallığı haqqında məlumatları şəbəkəyə çıxarır. İstifadəçi başına “Emotiv EEG” adlı qurğunu taxır. Qurğu “Raspberry Pi” mikrokompüteri vasitəsilə beyin dalğalarını tətbiqi proqram interfeysinə çevirir və onu portalda yerləşdirir. Burada hər kəs təcrübi fərdi beyin fəallığına baxa bilər.

Məlumata görə, “Brainternet” açıq portalı informasiya texnologiyaları mütəxəssisi Adam Pantanoviç tərəfindən yaradılıb. O, layihənin insan beyninin fəaliyyətinin dərk edilməsinin sadələşdirilməsi, həmçinin texnologiyaların inkişafına kömək edəcək məlumat bazasının yaradılması üçün nəzərdə tutulduğunu deyib.

Müəllifin sözlərinə görə, “Brainternet” real vaxt rejimində beyinin fəaliyyətini açıq şəkildə izləməyə imkan verən ilk layihədir./Axar.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar