İlham Əliyevin də qatıldığı iclas təxirə salındı - Putinə görə
16.09.2016 691 0.0 0

MDB ölkə başçıları şurasının iclası təyin olunan vaxtda başlamayacaq.

 

Məlumata.görə, bu barədə informasiyanı Qırğızıstan prezidentinin mətbuat xidməti yayıb.

 

Ölkə başçılarının görüşü təyin olunan vaxtdan iki saat sonra, yəni yerli vaxtla 18:00-da başlayacaq. İclasın təxirə salınmasına səbəb Rusiya Prezidenti Vladimir Putinin təyyarəsinin Bişkekə gec gəlməsi olub.

 

Qeyd edək ki, MDB ölkə başçıları şurasının iclası Bişkekdə keçirilir. Bu, sayca 25-ci görüşdür.

 

Azərbaycan Prezidenti İlham Əliyev də Bişkek görüşünə qatılmaq üçün Qırğızıstana səfərə gedib./axar.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar