İlham Əliyevdən yeni – TƏYİNATLAR
06.09.2016 1301 0
Azərbaycan Respublikası Prezidenti bir sır ölkələrdə Azərbaycan Respublikasının baş konsulu, fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncamlar imzalayıb.
Qazeta.info bildirir ki, ölkə başçısının sərəncamı ilə, Əliyənnağı Mehti oğlu Hüseynov İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.
Bundan başqa, Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezidentin növbəti sərəncamı ilə, Azər Xudayar oğlu Xuduyev Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Digər xəbərlər:
Şərhlər




