İlham Əliyev yenidən MOK prezidenti seçilib
01.12.2016 1048 0.0 0

Milli Olimpiya Komitəsində (MOK) Hesabat-Seçki Konfransı keçirilib.
 
Apasport.az saytının məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev yenidən MOK prezidenti seçilib. Bu barədə qapalı keçirilən iclasdan sonra gənclər və idman naziri Azad Rəhimov açıqlama verib. O bildirib ki, konfrans iştirakçıları yekdilliklə 1997-ci ildən bu vəzifədə olan İlham Əliyevə səs veriblər: “İdman ictimaiyyəti adından idmançıların əsl mənada böyük dostu, idmana dəstək olan cənab prezidenti təbrik edirik. Bugünkü nailiyyətimizə təkan verən insandır”.
 
Qeyd edək ki, bu gün MOK-un vitse-prezidentləri, baş katibi, İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının üzvləri məlum olacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar