İlham Əliyev Türkiyə Prezidentinə baş sağlığı verib
17.06.2015 716 0.0 0
 

"Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Hörmətli cənab Prezident, 

Əziz Qardaşım,

Görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

Süleyman Dəmirəl bütün həyat və fəaliyyətini doğma Türkiyənin rifahına həsr etmişdir. O, Türkdilli xalqlar və dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsinə böyük töhfələr vermişdir. Süleyman Dəmirəl eyni zamanda Azərbaycan xalqının əsl dostu idi. Azərbaycana qəlbən bağlılığı onun müstəqilliyimizə dəstəyində, Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsi sahəsində xidmətlərində öz ifadəsini tapmışdır.

Bu ağır itki ilə əlaqədar Sizə, qardaş Türkiyə xalqına, eləcə də mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və kədərinizi bölüşürük.

Allah rəhmət eləsin!

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti"


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar