İlham Əliyev növbədənkənar prezident seçkilərindən danışdı
18.10.2016 711 0.0 0

Azərbaycan növbədənkənar prezident seçkisinin keçirilməsi planlaşdırılmır.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev"Sputnik" agentliyinə müsahibəsində deyib.

"Prezident seçkisinin vaxtını dəyişdirmək niyyətimiz yoxdur. Həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda hansı söhbətlərin getdiyindən xəbərdaram. Amma belə plan yoxdur, heç buna ehtiyac da görmürəm. Mənim iştirak edib-etməyəcəyimə gəlincə, növbəti prezident seçkisinə hələ iki il vaxt var. İndidən hansısa qərarlar qəbul edib, nəticələrə gəlmək tezdir. İki il sonra da indiki kimi xalqın dəstəyini hiss etsəm, təbii ki, onların ümidlərini doğrultmağa çalışacağam", - deyə İlham Əliyev "Rusiya bu gün" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar