İlham Əliyev Masallıda olub- Yeniləndi (FOTOLAR)
03.09.2016 1089 0.0 0
 

Qazeta.info bildirir ki, Dövlət başçısına məlumat verilib ki, şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrasına 2012-ci ildən başlanılıb. Bu məqsədlə Viləşçay su anbarının aşağı byefində sutəmizləyici qurğu inşa edilib, 5 min kubmetr tutumu olan su anbarı tikilib.

Prezident İlham Əliyev layihənin işə salınmasını bildirən düyməni basıb.

 

 

 

Daha sonra, Prezident İlham Əliyev Masallıya səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, muzeyin inşasına 2014-cü ildə başlanılıb və tikinti işləri 2016-cı ilin iyulunda başa çatdırılıb.

Bildirilib ki, Prezident İlham Əliyevin 2013-cü il 11 sentyabr tarixli Sərəncamı ilə inşaat işlərinin həyata keçirilməsi üçün 2 milyon manat vəsait ayrılıb. Bina üç mərtəbədən ibarətdir. Burada 5 ekspozisiya zalı, fond və iş otaqları, ideoloji mərkəz, rəsm qalereyası fəaliyyət göstərir.

Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsdi və muzeylə tanış olub.

 

 

 

 

*****
 

Qazeta.info bildirir ki, dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyevə məlumat verilib ki, Bayaq Meydanının və Dövlət Rəmzləri Muzeyinin inşasına 2014-cü ildə başlanıb və 2016-cı ildə tikinti işləri başa çatdırılıb. Bayraq Meydanının ümumi sahəsi 1,3 hektardır. Meydanda hündürlüyü 62 metr olan bayraq dirəyi quraşdırılıb. Ərazidə geniş yaşıllaşdırma işləri görülüb, dekorativ ağac və gül kolları əkilib.

Muzeydə isə Azərbaycanın dövlət rəmzlərini əks etdirən eksponatlar nümayiş olunur.

 

 

 

 

 

 

Daha sonra,  İlham Əliyev Masallıya səfəri çərçivəsində “ASAN həyat” kompleksinin açılışında iştirak edib. Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Prezidentə məlumat verilib ki, kompleksin inşasına 2015-ci ildə başlanıb və tikinti işləri 2016-cı ilin avqustunda başa çatdırılıb. Dördmərtəbəli kompleks binasının ümumi sahəsi 4 min 246 kvadratmetrdir.

Kompleksdəki “ASAN xidmət” mərkəzində vətəndaşlara 10 dövlət orqanı tərəfindən 32 növ xidmət göstəriləcək.

Prezident İlham Əliyev mərkəzin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

 

 

 

 

 


Digər xəbərlər:
Şərhlər
avatar