İlham Əliyev İran Prezidentinə başsağlığı verib
13.11.2017 731 0.0 0

Azərbaycan Respublikasının Prezidenti İham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə baş sağlığı məktubu göndərib.

 

Qazeta.info prezidentin mətbuat xidmətinə istinadla bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin qərbində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!"

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar