
İlham Əliyev Biləsuvar rayonuna səfərə gəlib.Prezident Biləsuvar rayonuna səfəri çərçivəsində yenidənqurlmuş və bərpa edilmiş Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun açılışında və əsaslı təmir edilmiş Mərkəzi Rayon Xəstəxanasında həyata keçirilmiş işlərlə tanış olub.
Qazeta.info bildirir ki, Dövlətimizin başçısı əvvəlcə Biləsuvar şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev abidənin ətrafında və rayonda görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verib.
Daha sonra, Prezident İlham Əliyev Biləsuvarda əsaslı təmir və yenidənqurmadan sonra 132 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasında həyata keçirilmiş işlərlə tanış olub.
Dövlət başçısına məlumat verilib ki, bu müalicə ocağında ən müasir tibb avadanlığı quraşdırılıb.
Azərbaycan Prezidenti xəstəxana ilə tanışlıqdan sonra tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Sonra Prezident İlham Əliyev Biləsuvar rayonuna səfəri çərçivəsində uzunluğu 6 kilometr olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib.
Dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verilib.
Sonra Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
