İlham Əliyev açılışda
25.06.2015 604 0.0 0

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Hərbi Dəniz Qüvvələri bazasının açılışında iştirak edib.

İyunun 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Hərbi Dəniz Qüvvələri bazasının açılışında iştirak edib.
Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsinin qarşısına gül dəstəsi qoyub.
Qazeta.info-nun məlumatına görə, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verib.
Prezident İlham Əliyev Dəniz Qüvvələri bazasının baş planına baxıb.
Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsib.
Sonra dövlətimizin başçısı şəxsi heyətlə görüşüb.
Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi Şahin Məmmədov dövlətimizin başçısına raport verib.
Prezident İlham Əliyev əsgərləri salamlayıb.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Prezident, Ali Baş Komandan İlham Əliyev mərasimdə nitq söyləyib.
Sonra dövlətimizin başçısı Hərbi Dəniz Qüvvələrinin bazasında yaradılmış şəraitlə tanış olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar