İki təyyarə toqquşub, ölənlər var
23.06.2015 725 0.0 0
Kanadanın Alberta əyalətində Fort Macmürrey şəhərində iki təyyarə havada toqquşub.

 

“Anadolu” agentliyinə istinadən verilən məlumata görə, toqquşan təyyarələrdən biri “Sessna 172” tipli, digərinin modeli hələ ki müəyyən edilməyib.

 

Təyyarələrdən biri zədələnmiş vəziyyətdə hava limanına enməyə müvəffəq olub. Hazırda hadisə yerində xilasetmə tədbirləri həyata keçirilir. Xilasedicilər bataqlıq sahəyə düşən digər təyyarənin qalıqlarını və  iki nəfərin cəsədini aşkar edib .

 

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar