İki supergüc təlimlərə başladı (VİDEO)
12.05.2015 649 0.0 0

İki supergüc, Rusiya və Çinin hərbi dəniz donanmalarının gəmiləri Aralıq dənizində birgə manevr keçirirlər.

Məlumata görə, təlim məşqləri bir həftə davam edəcək.

Analitiklər bildirirlər ki, bu hərbi oyunlar miqyasına görə kiçik olsa da, Moskva və Pekin arasında müdafiə sahəsində əməkdaşlığın artmasını nümayiş etdirir. Bu həm də Çinin dəniz donanmasının öz üfüqlərini genişləndirməyə çalışdığını göstərir.

Təlimlərdə Çinin iki raket freqatı iştirak edir. Rusiya tərəfindən manevrlərə 6 gəmi qatılıb.

Son illərdə Rusiya Aralıq dənizində hərbi mövcudiyyətini genişləndirməyə can atır. Rusiyadan fərqli olaraq Çin üçün Aralıq dənizi heç vaxt strateji əhəmiyyətə malik olmayıb, lakin son illərdə Çin yeni ərazilərə maraq göstərir.

Analitiklər bunu da qeyd edirlər ki, Rusiya Qərbin onun sərhədlərindəki fəallığına cavab olaraq Çin-Rusiya müdafiə əməkdaşlığının artdığını göstərməyə çalışır. Onlar qeyd edirlər ki, bu mənada hazırkı manevrləri “strateji teatr” da adlandırmaq olar./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar