Qətlə yetirilən ana və qızının kimliyi məlum olub - YENİLƏNİB
17.08.2017 2072 0.0 0

Göygöldə qətlə yetirilən ana və qızının kimliyi məlum olub. APA-nın məlumata görə, rayonun Yeni Qızılca kənd sakini Əliyev Zaur Adil oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Əliyeva Günel Vilayət qızı və qayınanası həmdə xalası olan 1964-cü il təvəllüdlü Əliyeva Minayəni bıçaqlayaraq qətlə yetirib. Cinayəti törədən Z. Əliyev saxlanılıb.

 

 

 

Məlumata görə ailənin iki övladı var.

 

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

**** 20.30

 

Göygöldə iki qadının qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub. APA-nın məlumata görə, öldürülən qadınların ana və qızı olduğu məlum olub.

 

Məlumata görə, Qızılca kənd sakini həyat yoldaşı və qayınanasını qətlə yetirib.

 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları yerində istintaq-əməliyyat tədbirləri həyata keçirirlər. 

*****

Göygöldə iki qadın qətlə yetirilib.

 

Məlumata görə, hadisə rayonun Qızılca kəndi ərazisində baş verib.

 

Bir qadın başı kəsilərək qətlə yetirilib. Digəri isə yaralı vəziyyətdə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar