İki nəfər su quyusna düşüb öldü
04.10.2015 634 0.0 0

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yardımlı rayonu, Köryədi kəndində 2 nəfər su quyusuna düşərək köməksiz vəziyyətdə qalmışdır.

Qazeta.info FHN-ə istinadla bildirir ki, Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, 1983-cü il təvəllüdlü Adışov Rahil Mursaqulu oğlu və 1980-cı il təvəllüdlü Niftəliyev Elvin Sultanağa oğlu təmizlik işləri aparmaq üçün dərinliyi təxminən 18-20 m olan su quyusuna düşmüş və havasızlıqdan vəfat etmişlər. Cənub Regional Mərkəzin xilasediciləri R.Adışov və E.Niftəliyevin meyitini quyudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 20:10-da başa çatmışdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar