İİV-ə testləşmə milli kampaniyasının vaxtı uzudılıb
19.08.2015 494 0.0 0

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi müəssisə və təşkilatlardan daxil olan müraciətləri nəzərə alaraq cari ilin 3-10 avqust tarixlərində keçirdiyi “İİV-ə testləşmə milli həftəsi”nin müddətini uzatmaq qərarına gəlmişdir. İİV-ə testləşmə milli kampaniyası avqust ayının sonuna qədər davam edəcək, bütün müraciət edən müəssisə və təşkilatlarda müayinələr keçiriləcəkdir. Məlum olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi 2013-cü ildə qoşulduğu “İİV-ə testləşmə Avropa həftəsi”nin (European testing week) müsbət təcrübə və nəticələrinə əsaslanaraq cari ilin 3-10 avqust tarixlərini “İİV-ə testləşmə milli həftəsi” elan etmişdi.
 
Qazeta.info Səhiyyə Nazirliyinə istinadla bildirir ki, “Testdən keç-təhlükəsiz yaşa” şuarı altında keçirilən bu kampaniya ölkədə İİV/QİÇS-lə mübarizənin daha da güclənilməsi, insanların öz İİV-statusunu bilməsinin təmin edilməsi, yoluxma hallarının erkən aşkarlamnası və profilaktikasının genişləndirilməsi, bu sahədə əhalinin biliklərinin artırılması, İİV-lə bağlı stiqma və diskreminasiya hallarının qarşısının alınması məqsədini daşıyır.
 
İİV-ə testləşmə milli kampaniyası çərçivəsində bir sıra emal, istehsalat və xidmət müəssisələrində İİV-ə (İnsanın İmmunçatışmazlığı Virusuna) müayinə aksiyaları keçirilir. Təşəbbüs çərçivəsində Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimlərindən ibarət briqada müəsisələrin işçilərini könüllü müayinə edir, onlara İİV infeksiyası və ondan qorunma üsulları barədə məsləhətlər verir, sağlam və təhlükəsiz həyat tərzi normaları barədə broşür və digər informasiya materialları paylayırlar.
 
İİV-ə müayinə ekspress-test metodu ilə aparılır. İİV infeksiyası diaqnostikasının ən sadə metodu sayılan bu müayinə zamanı heç bir avadanlıq tətbiq etmədən, barmaqdan qan nümunəsi götürülməklə testin nəticələri 10 dəqiqə müddətində müayinədən keçənlərə bildirilir.
“İİV-ə testləşmə milli həftəsi” BMT-nin İİV/QİÇS üzrə birləşmiş proqramı olan UNAIDS təşkilatının 2013-cü ildə elan etdiyi “Sıfır – İİV-ə yeni yoluxmalar, Sıflr – İİV-lə bağlı damğalanma halları, Sıfır – İİV/QİÇS-dən ölum halları” strategiyası əsasında keçirilir. Azərbaycanda ənənəvi olaraq Avropa həftəliyinin yüksək səviyyədə keçirilməsi və geniş miqyaslı profilaktik tətbirlərin səmərəliyi, 20-dən çox beynalxalq təşkilatı özündə birləşdirən “HIV in Europe” təşkilatı tərəfindən xüsusi vurğulanıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar