İğtişaşlar zamanı Almatıda saxlanılanların sayı açıqlanıb
11.01.2022 275 0.0 0

Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları Almatı əyaləti və Almatı şəhərində iğtişaşlarda iştirak etdiklərinə görə 675 nəfəri saxlayıb.

Bildirək ki, bu barədə “Xabar 24” telekanalı ölkənin Milli Təhlükəsizlik Komitəsinə (MTK) istinadən məlumat yayıb.

"Almatı şəhəri və Almatı vilayətində üç gündə 675 nəfər saxlanılıb. Əməliyyatda MTK, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Milli Qvardiyanın xüsusi təyinatlı qüvvələri iştirak edir", - telekanal bildirib.

Telekanalın məlumatına görə, saxlanılanlar iğtişaşlar zamanı hərbçilərdən və polisdən götürdükləri iddia edilən səsli qumbaralar, dəbilqə və qalxanlarla terror aktları törətməkdə şübhəli bilinirlər./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar